Koronavirusa  daha 6 yoluxma qeydə alındı

22:52 06.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada ötən gün koronavirusa (COVİD-19) 6 yoluxma halı qeydə alınıb.

Hafta.az Azərtac-a istinadən xəbər verir ki, Rusiyada Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq Qərargahının məlumatına görə, Nijni Novqorodda bir nəfərdə, Moskvada isə 5 nəfərdə COVİD-19 aşkarlanıb.

Virusa yoluxanların hamısı İtaliyadan gəliblər və hazırda karantində saxlanılırlar. Virus aşkar edilən şəxslərlə ünsiyyətdə olanların hamısı nəzarətə götürülüb.

Bu günə kimi Rusiyada koronavirusa 10 yoluxma halı təsdiqlənib.